Populyar saytlar istifadəçilərin aktivliyini izləyir
İnternet saytları istifadəçilərin aktivliyini izləyir. Bunun əksər istifadəçilərin xoşuna gəlməməsinə baxmayaraq burada qeyri-adi heç nə yoxdur. Bununla belə, Priston Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqatdan məlum olub ki, istifadəçilərin onlayn izlənilməsi çoxlarının fikirləşdiyindən daha sadədir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, tədqiqata görə, geniş auditoriyaya malik bir sıra saytlar istifadəçi tərəfindən basılan hər klavişi və daxil edilən bütün sözləri qeydə alan proqram təminatından istifadə edir. Hətta istifadəçi sayta daxil olaraq formanı doldurmağa (məsələn, sifariş üçün) başladıqda, lakin sonradan fikrini dəyişdirdikdə belə daxil edilən hər simvol qeydə alınır. Bundan başqa, xanalara təsadüfən mübadilə buferi formaları qoyulanda da onlar yazılır. Oxşar vəziyyətlə 2013-cü ildə “Facebook” istifadəçiləri rastlaşıb. Məlum olub ki, sosial şəbəkə istifadəçinin status sətrinə daxil etdiyi bütün məlumatları, o cümlədən son nəticədə dərc edilməyən statusları qeydə alıb.
Bildirilir ki, daxil edilən bütün simvolları qeydə alan skriptlər “seansın təkrarı” (session replay) skriptləri adlanır. Onlar statistik məlumatlar toplamaqla yanaşı, brauzerin ayrı-ayrı sessiyalarını yazaraq göstərə bilirlər. Skriptlər bütün səhifələrə deyil, əsas etibarilə istifadəçilərin məxfi informasiyalar (məsələn, parollar) daxil etdikləri səhifələrə quraşdırılır.
Tədqiqatçıların sözlərinə görə, skriptlər tərəfindən toplanan məlumatların anonim qalması qeyri-mümkündür. “FullStory” kimi bir sıra oxşar proqram təminatı tərtibatçıları sayt sahiblərinə toplanan informasiyanı real şəxslə müqayisə etməyə imkan verən skriptlər də təqdim edir. Nəticədə sayt sahibləri bu və ya digər istifadəçinin müəyyən elektron ünvan və ya adla bağlılığını görmək imkanı əldə edirlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL