Şəkil üzrə xəstəliyi müəyyənləşdirən yeni mobil proqram yaradılıb
“Apple” korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibə zamanı yeni “VisualDx” proqramı haqda məlumat verib. Alimlər bu proqramı mühəndis və proqramçılarla birgə yaradıblar. “VisualDx” proqramı şəkil üzrə xəstəliyi müəyyən edir. İndi mobil proqram həkimlər tərəfindən yoxlanılır, amma istənilən şəxs bu proqramı pulsuz yükləyə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “vistanews.ru” saytına istinadən yazır ki, “VisualDx” mobil proqramı müasir kompüter təlimi texnologiyasından istifadə edir. Sözügedən proqram insanın dərisinin vəziyyətini və xəstəliyi müəyyənləşdirmək qabiliyyətinə malikdir.
“VisualDx” proqramı hələ ki yalnız həkimlər tərəfindən istifadə olunur. Onlar bu proqramı sınaqdan keçirirlər. Ancaq indi istənilən şəxs sözügedən mobil tətbiqi “Google Play” və ya “AppStore” proqramlar mağazasından yükləyə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL