waplog

“Google” şirkəti “Android” istifadəçilərini izlədiyini etiraf edib


“Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar, hətta məlumatların ötürülməsi deaktiv edildiyi halda istifadəçilərin olduğu yeri daima izləyirmişlər. “Google” şirkəti “Quartz” nəşrinə deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, “Google” şirkəti 2017-ci ilin yanvarında “Android” istifadəçilərinin olduğu yer haqda məlumatı toplamağa başlayıb. İstifadəçinin olduğu yer yaxınlıqda yerləşən mobil rabitə qüllələrinədək olan məsafə üzrə təyin edilirmiş və hətta geoməkan servislərinin deaktiv edilməsi, SİM kartın çıxarılması zamanı da məlumat toplanılırmış.

Məlum olub ki, istifadəçi başqa baza stansiyasının əhatə dairəsinə keçirildiyi, “Wi-Fi” və “GPS”-i işə salan zaman smartfon hər dəfə istifadəçinin olduğu yer haqda məlumatı “Google” şirkətinə ötürür.

Lakin korporasiya bu məlumatları yadda saxlamayıb və hazırda bu funksiyanı deaktiv etməyi planlaşdırır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL