waplog

Aktivləşdirilmiş “Android” qurğuların sayı 200 milyona yaxınlaşıb


“Google” şirkətinin baş direktoru Larri Peyc bildirib ki, “Android” ilə işləyən yeni smartfon və planşetlərin gündəlik aktivləşdirmələrinin sayı 550 minə çatıb. May ayında bu göstərici təxminən 400 min təşkil edib, 2010-cu ilin dekabr ayında isə təxminən 300 min olub.

Beləliklə, hal-hazırda ayda 16 milyondan çox “Android” qurğu hazırlanır, cənab Peycin sözlərinə əsasən, lakin bu platformada aktivləşdirilmiş qurğuların ümumi sayı isə təxminən 190 milyon təşkil edir.

Analitiklərin hesablamalarına əsasən, keçən il “Android” əməliyyat sistemi smartfonlar üçün əməliyyat sistemləri bazarının 22,7%-ni tutub.

2011-ci ildə bu platformanın 38,5% göstərici ilə lider olacağı, 2012-ci ildə mobil əməliyyat sistemləri bazarının yarısını tutacağı gözlənilir. “ComScore” analitik şirkətinin məlumatına əsasən, “Android” hal-hazırda Amerika smartfon bazarının artıq 43.7%-nə sahibdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL