waplog

“Samsung Galaxy S9” smartfonunun təqdimatı gözləniləndən tez keçirilə bilər


"Samsung Electronics" şirkəti növbəti nəsil qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" smartfonlarını 2018-ci il yanvarın 9-12-də Las-Veqasda keçiriləcək "CES 2018" sərgisində nümayiş etdirə bilər. Bu barədə sahə üzrə ixtisaslaşan "VentureBeat" nəşri məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, yeni modellərin nümayişi ilə bağlı rəsmi tədbir "Galaxy S8" və "S8+" smartfonlarının ənənəsinin davamı olaraq hələ də 2018-ci ilin martına planlaşdırılır.
 
Məlumata görə, "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının dizaynı əvvəlki modellərlə müqayisədə dəyişməz qalacaq. "Star 1" və "Star 2" kod adlı qurğular "SM-G960" və "SM-G965" model sırası ilə göstərilir. Ekranlar da  dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.
 
Bildirilir ki, "Galaxy S9" və "Galaxy S9+" 10 nanometrlik "Qualcomm Snapdragon 845" prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını  10 nanometrlik "Samsung Exynos 9810" platforması təşkil edəcək. 
 
"Galaxy S9+" versiyasının böyük ekranla yanaşı, "Galaxy S9"-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də "Galaxy Note 8" modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, "microSD" kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin "AKG" stereodinamikləri qeyd edilir.
 
Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL