waplog

“YouTube” videoservisində uşaqları ələ salmaq qadağan edilib


“YouTube” videoservisinin komandası uşaqlarla bağlı məzmunun dərci üzrə qaydaları sərtləşdirib. Yeni qaydalar sevimli ailə kimi qələmə verilən, əslində isə bundan uzaq olan videolarla mübarizə aparmağı nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, uşaqlar, ailə üzvləri üzərində real və ya gülməli təhqirlərdən ibarət çarxlar nəzərdə tutulur. Məsələn, bir sıra videolarda uşaqları bağlayır, "oğurlayır", paltaryuyan maşına salır, onları iyrənc şeyləri yeməyə məcbur edirlər.

“YouTube”un rəsmi məlumatında deyilir ki, son aylar ərzində administrasiya guya "bütün ailə üçün" nəzərdə tutulmuş, amma əslində yalnız böyüklər üçün münasib olan məzmunun dərci tendensiyasını qeydə alıb və belə çarxların silinməsi üzərində işləyir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL