waplog

“LG” ekranlı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq


“Samsung” və “LG” arasında tarixdə ilk dəfə bir şirkətdən digərinə ekranların tədarükü sahəsində əməkdaşlıqla bağlı danışıqlar başa çatıb. “LG” displeylərinin istifadə olunacağı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq. Tədarük həcminin 100 min ədəd təşkil edəcəyi gözlənilir. Bu barədə “The Investor” nəşri mənbələrə istinadən məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bu ilin iyulunda “LG Display” şirkəti “Samsung” televizorları üçün panellərin spesifikasiyasını, eləcə də tədarük həcminin təsdiqini planlaşdırıb. Lakin sazişin imzalanması təxirə salınıb.
 
Məlumata görə, danışıqlara 2017-ci ilin yanvarında başlanılıb. O zaman “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən bildirib ki, “LG Display” Yaponiyanın “Sharp” şirkətini əvəzləyərək “Samsung” televizorları üçün ekran istehsalçısı olacaq və 2017-ci ildə yeni sifarişlərin yerinə yetirilməsinə başlayacaq. “LG Display” və “Samsung” şirkətləri “LCD” panelləri sahəsində mümkün əməkdaşlıqla bağlı danışıqların aparılmasını rəsmən təsdiq etsələr də, bu barədə ətraflı məlumat verməyiblər.
 
Bildirilir ki, şirkətlər nəzərdə tutulan sövdələşməni 2016-cı ilin noyabrında “Sharp” istehsalçısı tərəfindən “Samsung” şirkəti ilə imzalanan müqavilənin dayandırılması barədə məlumat verildikdən sonra müzakirə etməyə başlayıblar. Əvvəlcə “Samsung” şirkəti 2017-ci ildə “Sharp”dan 4,5 milyon televizor paneli almağı planlaşdırıb. Sifarişin əksər hissəsini diaqonal üzrə 40, 60 və 70 düym ölçülü ekranlar təşkil edib. “Samsung” şirkəti panelləri “LG Display” ilə yanaşı, “BOE” daxil olmaqla Çin istehsalçılarından satın almağa hazırlaşır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL