waplog

“Bax, istifadə et, yarat” mobil tətbiqlər müsabiqəsi yekunlaşıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Açıq Hökumət Məlumatları" portalının yenilənməsi ilə əlaqədar portaldan istifadəni təmin etmək üçün elan etdiyi "Bax, istifadə et, yarat" adlı mobil tətbiqlər müsabiqəsi yekunlaşıb.

Xatırladaq ki, müsabiqənin məqsədi Azərbaycan Respublikasının "Açıq Hökumət Məlumatları" (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi idi.

26 noyabrda müsabiqə iştirakçıları hazırladıqları mobil tətbiqlərlə bağlı münsiflər heyəti qarşısında təqdimat ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, "BestComp Group", "Microsoft" şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər.

Müsabiqəyə müxtəlif şirkət əməkdaşları, universitet tələbələri, fərdi proqramçılar və startap fəaliyyəti ilə məşğul olan şəxslər qatılıblar. 9-u fərdi şəxs, 11-i komanda işi olmaqla, 20 tətbiq münsiflər heyətinə təqdim olunub.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.

Mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.

Qeyd edək ki, qiymətləndirmə nəticələrinin açıqlanması və qaliblərin mükafatlandırılması "Bakutel 2017" sərgisi çərçivəsində baş tutacaq.




















NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL