waplog

Məktəbdə mobil müşahidə kameraları genişləndirilə bilər


"Azərfon" şirkətinin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyevin bildirdiyinə görə, 47 saylı orta məktəbdə 3G müşahidə kameralarının quraşdırılması üzrə pilot-layihənin davamı olaraq yeni tədris ilindən bu işlər digər məktəblərdə də həyata keçirilə bilər.
“Təhsil Nazirliyi ilə birgə həyata keçirilən pilot-layihə çox uğurlu alınıb. 3G kameraları birinci, ikinci, üçüncü və dördüncü siniflərdə quraşdırılıb ki, bu da valideynlərə onlayn rejimdə davamiyyəti yoxlamağa imkan verir. Mobil rabitə bazarında yenilik olan bu xidmət çox əlverişlidir. 3G kameralarının digər orta ümumtəhsil müəssisələrində genişləndirilməsi imkanı var” - Fərzəliyev qeyd edib.
Qeyd edək ki, 3G mobil müşahidə kameralarından həm biznesin idarə edilməsi, həm də şəxsi təhlükəsizliyin təmin olunması üçün istifadə oluna bilər. Bunun üçün mobil telefonun düymələrindən istifadə edərək kameranın quraşdırıldığı məkanı müşahidə etmək, müşahidə istiqamətini dəyişmək, eləcə də səs ötürülməsini həyata keçirmək mümkündür.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL