waplog

Virtual reallıq qurğularının rüblük həcmi ilk dəfə 1 milyonu ötüb


Virtual reallıq (Virtual reality, VR) qurğularının tədarük həcmi sürətlə artmağa davam edir və 2017-ci ilin iyul-sentyabr aylarında rüblük tədarük həcmi ilk dəfə 1 milyonu ötüb. Bu barədə “Canalys” şirkətinin analitikləri məlumat veriblər. Qeyd edək ki, ekspertlər hesablama zamanı yalnız öz ekranı olan VR şlem və qarniturları nəzərə alıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 490 mindən çox “PlayStation VR” qurğusu tədarük etmiş Yaponiyanın “Sony” şirkəti virtual reallıq qurğuları bazarının lideri olub. Tədarük həcmi 210 min ədəd təşkil edən “Oculus Rift” modeli ikinci yeri tutub. Təxminən 160 min ədəd “Vive VR” qarnituru tədarük etmiş Tayvanın “HTC” şirkəti ilk üçlükdə qərarlaşıb.

Həmçinin mütəxəssislər bildiriblər ki, “Sony”, “Oculus” və “HTC” şirkətləri istifadəçiləri virtual reallığa daşıyan qurğular bazarının 86%-nə nəzarət edirlər. “Canalys” şirkəti adıçəkilən şirkətlərin hər birinin payını müvafiq olaraq 49%, 21% və 16% kimi qiymətləndirib.

Mütəxəssislər virtual reallıq texnologiyalarının tətbiqi üzrə ən perspektivli sahələrə sənaye istehsalı, səhiyyə və təhsili aid ediblər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL