Şəkillərdə obyektləri avtomatik seçmək mümkün olacaq
Tezliklə şəkillərdə mürəkkəb obyektlərin seçilməsi həndəsi fiqurların dəqiq cizgilərlə seçilməsi kimi asan bir əməliyyata çevriləcək. “Adobe” şirkəti tərəfindən təqdim edilmiş yeni “Select Subject” funksiyası bir düymənin üzərinə sıxmaqla lazımi sahələri seçib ayıracaq. Bu haqda şirkət öz rəsmi twitter mikrobloqunda məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti nplus1.ru saytına istinadən yazır ki, adətən, qrafik redaktordan istifadə edənlər müəyyən obyektlərin seçilməsi üçün "sehrli çubuq" (Magic Wand) adlı xüsusi alətdən istifadə edirlər. Bu funksiya rəng keçidindən asılı olaraq, sahələri avtomatik seçir. Ancaq "sehrli çubuq" aləti həmişə dəqiq işləmir: məsələn, binanı səmaya "yapışdıra" bilər. İstifadəçi, həmçinin lazımi sahənin konturunu haşiyəyə ala bilər. Bu, lazımi obyekti dəqiq kəsməyə imkan verir, amma əlavə vaxt və səliqəli işləməyi tələb edir.
İndi “Adobe Photoshop” qrafik redaktorunda əlçatan olacaq “Select Subject” aləti şəkillərdə bütün obyektləri onların fonundan avtomatik ayırmağa imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL