waplog

Qlobal kompüter qurğuları bazarının həcmi hər il 2% azalacaq


“IDC” analitik şirkətinin proqnozuna görə, 2017-ci ildə ənənəvi fərdi kompüterlər (masaüstü sistemlər, noutbuklar və işçi stansiyalar) və planşetlər (klassik və hibrid form-faktor) daxil olmaqla FK qurğularının qlobal tədarük həcmi 2,7% azalaraq 423,3 milyon təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ildə kompüter qurğularının tədarük həcmi 4% azalacaq və 2021-ci ildə isə bu göstərici 393,9 milyona düşəcək. 2017-2021-ci illərdə CAGR (orta illik artım sürəti) göstəricisi mənfi olacaq və -2% təşkil edəcək.

FK seqmentini ayrı-ayrılıqda xarakterizə edən mütəxəssislər bildiriblər ki, ənənəvi kompüterlərin tədarük həcmi 2016-cı ildə 260,2 milyondan 2021-ci ildə 248,1 milyonadək azalacaq, yəni orta hesabla hər il tədarük həcmi 0,9% aşağı düşəcək.

Ümumilikdə fərdi kompüter qurğuları bazarında iki seqmentdə (masaüstü FK və klassik planşetlər) mənfi trend müşahidə olunacaq. Mütəxəssislər digər üç kateqoriyada (noutbuklar, hibrid planşetlər və işçi stansiyalar) tədarük həcminin artımını proqnozlaşdırırlar.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL