waplog

“Facebook”a daxil olmaq üçün “selfie” tələb oluna bilər


“Facebook” sosial şəbəkəsi tezliklə ənənəvi fotoşəkil kodunun daxil edilməsini istifadəçinin “selfie” üzrə identifikasiyası ilə əvəzləyə bilər.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, bəzən “Facebook”a daxil olan zaman sosial şəbəkə istifadəçinin üzünün dəqiq göründüyü fotoşəkili tələb edir. Tanınma sistemi identifikasiya uğurla başa çatandan sonra fotonun silinəcəyini bildirir.
 
“Facebook” nümayəndələrinin sözlərinə görə, tədbirlər şübhəli fəallığı məhdudlaşdırmaq və istifadəçi məlumatlarını qorumaq üçün tətbiq edilir. Oxşar tələb çoxlu dostlar əlavə olunanda, ödəniş funksiyalarının qurulması və ya reklam elanlarının yaradılması zamanı görünə bilər. “Selfie” kodlu fotoşəkildən daha etibarlıdır və fərdi informasiyanı üçüncü şəxslərdən mühafizə edir.
 
Bildirilir ki, fotoşəkil “Facebook”un təqdim etdiyi yeganə identifikasiya üsulu olmasa da, indiyədək hansı hərəkətlərin şübhəli kimi qiymətləndiriləcəyi və istifadəçi sifətlərinin fotoşəkilinin neçə dəfə çəkilməsinin tələb olunacağı aydın deyil. Sosial şəbəkə əməkdaşları yeniliyin mütləq olacağı ilə bağlı sualı cavabsız qoyublar. “Facebook”a girişin tezliklə “selfie” ilə olacağı ehtimal edilir.
 
Dəyişikliklər sosial şəbəkə servislərindən istifadəni çətinləşdirməklə aktiv istifadəçi sayının azalmasına səbəb ola bilər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL