2023-cü ildə 1 milyard insan 5G texnologiyasından istifadə edəcək
Bu yaxınlarda təqdim edilmiş “Ericsson Mobility Report” hesabatına əsasən, artıq 6 il sonra 1 milyard insan (dünya əhalisinin 20%-i) 5G texnologiyasından istifadə edəcək. “LTE” şəbəkəsinin əhatə dairəsi isə 85%-ə yaxınlaşacaq.
“ICTnews” Elektron Xəbər Xidməti hightech.fm saytına istinadən yazır ki, ilk öncə daha sıx məskunlaşmış şəhər və rayonlarda tətbiq ediləcək 5G texnologiyası 2023-cü ilin sonunadək dünya əhalisinin 20%-i tərəfindən istifadə ediləcək. Artıq 2019-cu ildə 5G texnologiyasına əsaslanan ilk kommersiya şəbəkələri əlçatan olacaq, 2020-ci ildən isə sözügedən texnologiya geniş yayılacaq. İlk olaraq ABŞ, Cənubi Koreya, Yaponiya və Çin sakinləri bu rabitə protokolunun üstünlüklərindən istifadə edə biləcəklər.
Proqnozlara görə, həmin dövrdə mobil məlumatların trafiki 8 dəfə artacaq və 2023-cü ilədək ayda 110 eksebayta yaxınlaşacaq. Bu, HD formatında 5,5 milyon il videoyayım deməkdir. Trafik artımı bütün regionlarda nəzərə çarpacaq. Lakin Şimali Amerikada 2017-ci ilin sonunadək smartfonda aylıq orta göstərici 7 QB-ı ötəcək.
Mobil trafikin həcminin yüksəlməsi video istehlakını artırmağa davam edir. Video formatının əsas istehlakçısı 15-24 yaşlı gənclərdir. Bu format yeni texnologiyalarla (məsələn, 360 dərəcəlik baxış) vəhdətdə sərf edilən məlumatların həcmini bir neçə dəfə artıracaq.
Hesabatda deyilir ki, LTE ilin sonunadək əsas texnologiya olacaq. 2023-cü ilədək bu texnologiyanın əhatə dairəsi 5,5 milyard istifadəçidən ibarət olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL