Avtomatlaşdırma 2030-cu ilədək 800 milyon insanı işsiz qoya bilər
2030-cu ilədək robotlaşdırma və avtomatlaşdırmaya görə dünyada 375 milyondan çox insan işindən məhrum ola bilər. İnkişaf etmiş ölkələr insan əməyinin avtomatlaşdırılması üzrə inkişaf tempini sürətləndirdiyi halda 800 milyon insan yeni ixtisas öyrənməyə məcbur olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məsələn, məlumatların yığımı və işlənməsi, mühasibat uçotu və ya müxtəlif mexanizmlərin idarəetməsi ilə məşğul olan insanlar risk zonasına düşürlər. Eyni zamanda insanlarla işləyən və ya yüksək ixtisasa malik olan insanların iş yerini itirməklə bağlı narahatçılıq keçirməsinə ehtiyac yoxdur.
Ekspertlərin qənaətincə, 2030-cu ilədək mövcud texnologiyalar əmək fəaliyyəti növlərinin təxminən 60%-ni qismən robotlaşdıra və ya avtomatlaşdıra bilər, ancaq əmək fəaliyyəti növlərinin 5%-i tam avtomatlaşdırılacaq. Proqnoza görə, Çində robotlar təxminən 230 milyon, Hindistanda təxminən 120 milyon iş yerini ələ keçirəcək və Rusiyada avtomatlaşdırma 40-45 milyon iş yerinin ixtisarına gətirib çıxaracaq.
Araşdırma müəlliflərinin fikrincə, avtomatlaşdırma insanları daima öz ixtisaslarını artırmağa və yeni ixtisaslara yiyələnməyə məcbur edir ki, bu da əmək məhsuldarlığı və əməkhaqqının artımına gətirib çıxaracaq, həmçinin iqtisadi artım və 360 milyon yeni iş yerinin yaradılması ilə nəticələnəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL