Artırılmış və virtual reallıq bazarında ikiqat artım gözlənilir
“IDC” şirkətinin analitikləri gələn ilin yekununa görə artırılmış və virtual reallıq (AR və VR) həllər bazarında ikiqat artım proqnozlaşdırırlar.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin gözləntilərinə görə, 2017-ci ildə AR/VR sahəsində avadanlıq, proqram təminatı və xidmətlərə sərf ediləcək qlobal xərclər 9,1 milyard dollar təşkil edəcək. 2018-ci ildə bu göstərici 17,8 milyard dollara yaxınlaşacaq, yəni təxminən 95% yüksələcək. 2017-2021-ci illərdə sözügedən bazarın həcmi ildə 98,8% artacaq.
“Yaxın 12-18 ayda virtual reallıq texnologiyası həm istehlak, həm də korporativ seqmentlərdə xərcləri artırmağa davam edəcək. “IDC”-nin analitiki Tom Maynelli deyib ki, indi bu texnologiyada böyük potensial görən şirkətlər tərəfindən tələbat yaranıb. Smartfon və planşetlərdə mobil artırılmış reallıq məzmun, ehtimal ki, istehlakçıların diqqətini cəlb edəcək, halbuki başa taxılan qarniturlar əsasən kommersiya məqsədləri üzrə satılacaq".
Analitiklər istehsal, dizayn, səhiyyə, nəqliyyat sənayesi və pərakəndə ticarət sahələrində artırılmış və virtual reallıq üçün ən perspektivli imkanlar görürlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL