waplog

Bu şirkətin smartfonları daha sabit işləyirlər


“Android” qurğularında imtina tezliyi “Apple” smartfonları ilə müqayisədə təxminən iki dəfə yüksəkdir. Amma “iOS” üçün mobil proqramlar “Andriod” proqramlarla müqayisədə 7 dəfə daha çox donur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” resursuna istinadən yazır ki, “Blancco Technology Group” adlı mobil diaqnostika ekspertləri bu məlumatları dərc ediblər. Sınaqlar zamanı müəyyənləşdirilib ki, “iOS” sistemi ilə işləyən qurğularda imtina tezliyi 16% təşkil edir, halbuki “Android” smartfonlarında bu göstərici 30%-ə bərabərdir.
 
Hesabata görə, “iPhone 6”, “iPhone 6S” və “iPhone 7” modellərində tez-tez səhvlər qeydə alınır. 26% nasazlıq göstəricisinə malik “iPhone 6” smartfonu birinci yerdə qərarlaşıb. “Android” smartfonları arasında ən çox “Samsung”un smartfonlarından imtina halları (53%) baş verib.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL