Ümumdünya internet konfransı işə başlayıb
Dekabrın 3-də Çinin Çjetszyan əyalətində dördüncü Ümumdünya internet konfransı (World Internet Conference) açılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Ria Novosti” resursuna istinadən yazır ki, dekabrın 5-dək davam edəcək konfransın əsas mövzuları süni intellekt, internet vasitəsilə yoxsulluqla mübarizə, yeni çağırışlar şəraitində internet kommunikasiyaları və sosial məsuliyyət, qlobal rəqəmli iqtisadiyyat, kiberməkan normaları, eləcə də kiberməkandan cinayətlərin və terror aktlarının törədilməsi üçün istifadənin qarşısının alınmasında beynəlxalq əməkdaşlıq kimi məsələlər olacaq.
Bu il konfransda dünyanın 80 ölkəsindən 1,5 min iştirakçı, o cümlədən “Alibaba” şirkətinin rəhbəri Cek Ma, “Apple” korporasiyasının rəhbəri Tim Kuk, internet yaradıcılarından biri Elliton Kan və “Kasperski laboratoriyası” antivirus şirkətinin rəhbəri Yevgeni Kasperski və digərləri iştirak edir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL