Şamaxıda kəndlərdə də İP TV xidmətindən istifadə edilir
Şamaxıda İP TV xidmətindən istifadə edənlərin sayı artmaqda davam edir. Bu barədə “ictnews”-a məlumat verən Şamaxı TKQ-nın rəisi Faiq Hümbətov bildirdi ki, artıq bu xidmətdən istifadə edən abunəçilərin sayı 30-a çatıb.
F.Hümbətovun sözlərinə görə, bu abunəçilərin bir hissəsi rayonun kəndlərində məskunlaşıb. Rabitə şəbəkəsinin NGN texnologiyası əsasında qurulması bu xidmətdən istifadə edənlərin sayının daha çox olacağını söyləməyə əsas verir.
Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və videoinformasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks-əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır.
Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranbrına veb-səhifələr, elektron poçt, videokonfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL