waplog

“Sony Ericsson”un mobil aparatlarının satışları azalır


“Sony Ericsson” şirkəti 2011-ci maliyyə ilinin üçüncü rübünün nəticələri haqqında məlumat verib. Hesabat dövrü üçün isveç-yapon ittifaqı 1,59 milyard avro qazanıb. 1 il əvvəl mobil aparat istehsalçısının gəliri 1,60 milyard avroya bərabər idi.

“Sony Ericsson” rübün nəticəsinə əsasən sıfır gəlir göstərib. Müqayisə üçün: 1 il əvvəl şirkət təxminən 50 milyon avro qazanıb və 2011-ci ilin ikinci rübündə isə təxminən elə o qədər də itirib.

“Sony Ericsson” mobil aparatlarının satışları azalır. 3 ay ərzində şirkət 9,5 milyon smartfon və mobil telefon satıb. Qeyd edək ki, 1 il əvvəl bu göstərici 10.4 milyon olub. Lakin, bu halda aparatların orta qiyməti 154 avrodan 166 avroya kimi qalxıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL