“LG Signature Edition” smartfonu buraxılıb
“LG Electronics” şirkəti qabaqcıl “V30” modelinin Cənubi Koreya bazarı üçün nəzərdə tutulan bahalı versiyasını təqdim edib. Üç min ədəd tirajla buraxılacaq “LG Signature Edition” modeli “LG Signature” smartfonlarının yeni seriyasını açır.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “LG Signature Edition” smartfonunun hazırlanmasında bahalı materiallardan, o cümlədən arxa paneldə cızılmayan sirkon keramikasından istifadə olunub. Alıcılar, həmçinin korpus üzərində öz adlarını yazdıra, satışdan sonra xüsusi xidmətdən yararlana və “Bang & Olufsen” qulaqcıqlı və “Bluetooth” qarniturlu qablaşdırmanı əldə edə biləcəklər.
“LG Signature Edition” smartfonunun spesifikasiya baxımından standart “V30” modelindən başlıca fərqi 6 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşda, eləcə də quraşdırılmış “Android 8.0 Oreo” əməliyyat sistemindədir.
Dekabrın sonunda ağ və qara rənglərdə satışa çıxarılacaq “LG Signature Edition” smartfonunun qiyməti 1 800 dollar təşkil edəcək.
Qeyd edək ki, əsas “LG V30” versiyası Berlində keçirilən “IFA 2017” sərgisində təqdim olunub və oktyabrın 8-dən satışa çıxarılıb. Qabaqcıl modelin başlanğıc qiyməti 810 dollara bərabər olub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL