waplog

Yeni “Xiaomi” smartfonları təqdim edilib


“Xiaomi” şirkəti “Redmi” istehsal xəttindən iki model təqdim edib. “Rеdmi 5” qurğusu və “Redmi 5 Plus” modeli tərəflərinin nisbəti 18:9 təşkil edən nazik çərçivəli ekran və “Qualcomm Snapdragon” prosessoru ilə təchiz olunub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, kənarları dairəvi şəkildə olan smartfonların korpusu metaldan ibarətdir və ön paneli tam əhatə edən 18:9 tərəf nisbətində displeylə təchiz edilib. Qurğularda “Home” düyməsi quraşdırılmayıb, daktiloskopik sensor isə ön paneldə yerləşir. Əsas kameralar 12 meqapikselli təsvir ölçüsünə, ön kameralar 5 meqapikselli matrisaya malikdir.
 
 
“Redmi 5” modeli “HD+” təsvir ölçülü 5 düym diaqonallı ekran, “Qualcomm Snapdragon 420” prosessoru və 3300 milliamper/saat tutumlu batareya, “Redmi 5 Plus” versiyası isə “Full HD+” təsvir ölçülü 5,9 düym diaqonallı ekran, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 625” çip və 4 min milliamper/saat tutumlu akkumulyator ilə təchiz edilib. Qurğular “Android” əsaslı “MIUI 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malik olacaq “Rеdmi 5” modelinin qiyməti təxminən 120 dollar təşkil edəcək. Həmçinin qiyməti 135 dollara bərabər 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyanın buraxılması nəzərdə tutulur. “Xiaomi Redmi 5 Plus” smartfonu qiymətləri müvafiq olaraq 150 və 197 dollar təşkil edəcək 3 giqabayt/32 giqabayt və 4 giqabayt/64 giqabayt versiyalarında təqdim olunacaq.
 
Smartfonların dekabrın 12-dən etibarən satışa çıxarılması planlaşdırılır.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL