Süni intellektli virtual həkim hazırlanıb
Çinin Quançjou şəhəri qadın və uşaqlar tibb mərkəzi süni intellekt əsasında "Ayı balası Mimu" adlı virtual həkim hazırlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, virtual həkim 2 milyona yaxın xəstəlik tarixçəsini öyrənməklə hazırda 32 xəstəlik növünə diaqnoz qoya bilir. Bundan başqa, 24 növ xəstəliyin diaqnozlaşdırılmasının dəqiqlik əmsalı 90 faizi üstələyir.
Məlumata görə, "Ayı balası Mimu"dan smartfon və ya kompüter vasitəsilə məsləhət almaq mümkündür. Bunun üçün "ayı balası"nın bədəninin problemlərin olduğu hissəsini basaraq simptomları seçmək lazımdır. Sonra virtual həkim ilkin diaqnoz qoyaraq xəstəxanaya müraciətlə bağlı məsləhətlər verəcək.
Bildirilir ki, mütəxəssislər tərəfindən "Ayı balası Mimu"nun iki variantı buraxılıb (xəstələr üçün və xəstəxana heyətinin istifadəsi üçün xüsusi versiya).
Quançjou şəhər qadın və uşaqlar tibb mərkəzinin klinik məlumatlar şöbəsinin rəhbəri Lyan Hueyinin sözlərinə görə, hazırda "Ayı balası Mimu" praktika mərhələsindədir, iş zamanı ona xəstəxananın real həkimi kömək edir.
Proqram xəstələrin simptomlarını müəyyənləşdirdikdən sonra doktor proqram tərəfindən əldə olunan məlumatları onlayn rejimdə "Düzdür", "Orta" və ya "Səhvdir" düymələrini basmaqla qiymətləndirir.
Gələcəkdə süni intellektli virtual həkimin 73 növ xəstəliyi diaqnozlaşdırmağı öyrənəcəyi, eləcə də xəstələrlə ünsiyyət qura biləcəyi planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL