Yeni “Samsung” smartfonlarının təqdimatı təxirə salınıb
"Samsung" şirkəti qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının təqdimatını təxirə salıb. Buna səbəb kimi yeni qurğuların sınaq mərhələlərinin tam başa çatmaması göstərilir.
"ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən yazır ki, Cənubi Koreya istehsalçısının rəsmi nümayəndəsi bildirib ki, "Galaxy S9" və "Galaxy S9+" smartfonlarının "CES 2018" sərgisində nümayişi gözlənilmir. Bundan əvvəl şirkət yeni modellərin yanvarın 9-12-də rəsmən nümayişini planlaşdırıb. Qurğuların fevralda "MWC 2018" sərgisi çərçivəsində təqdimatı nəzərdə tutulur. Yaxın ay yarım ərzində mütəxəssislər tərəfindən qabaqcıl smartfonların testlərinin davam etdirilməsi planlaşdırılır.
"Galaxy S9" və "Galaxy S9+" smartfonlarının dizaynının əvvəlki modellərlə müqayisədə dəyişməz qalacağı gözlənilir. "Star 1" və "Star 2" kod adlı qurğular "SM-G960" və "SM-G965" model sırası ilə göstərilir. Ekranlar da dəyişməz qalacaq - bükük haşiyəli 5,8 və 6,2 düym diaqonallı çərçivəsiz "Super AMOLED" displeylər.
Bildirilir ki, "Galaxy S9" və "Galaxy S9+" 10 nanometrlik "Qualcomm Snapdragon 845" prosessoru bazasında ilk və bir müddət yeganə smartfonlar olacaq. Yeni çipdən ABŞ bazarı üçün nəzərdə tutulan "Galaxy S9" modellərində istifadə ediləcək, digər regionlar üçün smartfonun əsasını 10 nanometrlik "Samsung Exynos 9810" platforması təşkil edəcək.
"Galaxy S9+" versiyasının böyük ekranla yanaşı, "Galaxy S9"-da quraşdırılan 4 giqabayta nisbətdə iritutumlu - 6 giqabaytlıq operativ yaddaş, eləcə də "Galaxy Note 8" modelində olduğu kimi, qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir. Bundan başqa, modellər 64 giqabaytlıq quraşdırılmış yaddaş, "microSD" kartları üçün slot və 3,5 millimetrlik çıxışla təchiz olunacaq. Həmçinin "AKG" stereodinamikləri qeyd edilir.
Tək və ya qoşa kameradan asılı olmayaraq hər iki smartfonun arxa panel elementləri barmaq izi skaneri kamera modulu altında olmaqla vertikal şəkilli olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL