waplog

“3D” printerdə “Wi-Fi” qurğusu çap edilib


Vaşinqton Universitetinin alimləri üçölçülü printer vasitəsilə “Wi-Fi” qurğusu çap ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, qurğunun tərkibi plastik və misdən ibarətdir. Misdən antena rolunu oynayan nazik sim düzəldilib. Siqnal dişli çarx və yayın mexaniki hərəkətə gətirilməsi ilə ötürülür. Qurğu akkumulyatorsuz işləyir və elektrik enerjisindən asılı deyil.  
 
Məlumata görə, siqnalı kompüter, smartfon və ya radioqəbulediciyə ötürmək mümkündür.
 
Mütəxəssis Vikram İyerin sözlərinə görə, işin məqsədi müəyyən əşyanı “3D” printerdə çap edərək sonradan ondan ötürücü kimi istifadə etməkdən ibarət olub. Bunun üçün plastikdən istifadə edilməsi ilə bağlı müəyyən çətinliklər yaransa da, problemi ardan qaldırmaq mümkün olub.
 
Bildirilir ki, layihəni kommersiyalaşdırmaq istəməyən mütəxəssislər onun iş alqoritmini pulsuz yaymaq niyyətindədirlər. Onların fikrincə, bu, insanlara müxtəlif qurğu prototipləri yaradaraq onlara yeni və maraqlı şeylər hazırlamağı öyrənməyə kömək edəcək.   

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL