1 həftə müddətində avtonom işləyən smartfon təqdim ediləcək
Az tanınan "Oukitel" şirkəti güclü akkumulyatora malik smartfon təqdim edib. Söhbət "Oukitel K10" modelindən gedir.
Yeni qurğu 11 min milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. İddialara görə, tam şarj aparatdan normal istifadə zamanı 1 həftə müddətində avtonom işləməyə imkan verəcək. Aparatın tam enerji ilə doldurulmasına 2,5 saat vaxt sərf olunur.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, qurğu 2160x1080 piksel təsvir ölçülü, tərəflər nisbəti 18:9 olan 6 düymlük ekran, 6 QB-lıq əməli və 64 QB-lıq daxili yaddaşla təchiz edilib.
Korpusun arxa paneli dana dərisi ilə örtülüb, korpus isə maqnezium ərintisindən hazırlanıb.
Yeni smartfonun texniki xüsusiyyətləri haqda ətraflı informasiya yoxdur. Yalnız o məlumdur ki, qurğunun əsas kamerası iki sensordan ibarətdir.
İstehsalçının sözlərinə görə, smartfon 2018-ci ildə satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL