Dünyanın ən innovativ şirkətlərinin reytinqi açıqlanıb
Avropa Komissiyası 2017-ci il üçün ən innovativ şirkətlərin reytinqini dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, bu il tədqiqatlara və perspektivli texnologiyalara daha çox (13,7 milyard avro) Almaniyanın “Volkswagen” avtomobil konserni xərcləyib.
İkinci yeri xərcləri 12.9 milyard avro təşkil edən “Google” şirkətinin sahibi ABŞ-ın “Alphabet” holdinqi tutub.
Üçüncü pillədə 12,4 milyard avro xərclə ABŞ-ın “Microsoft” korporasiyası, dördüncüdə bu məqsədlərə 12,2 milyard avro sərf edən Cənubi Koreyanın “Samsung Electronics” şirkəti yer alıb.
Liderlər beşliyini daha bir ABŞ şirkəti – “Intel” tamamlayıb. Onun innovasiyalara xərcləri 12,1 milyard avroya bərabər olub. Çinin “Huawei” şirkətinin geridə qoyduğu “Apple” korporasiyası siyahıda 7-ci yerlə kifayətlənib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL