Ən yaxşı kameraya malik smartfonların siyahısı dərc edilib
“DxOMark” şirkətinin ekspertləri smartfon kameralarının sınaqları üzrə yekunları dərc ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, siyahıda birinci yeri “Google Pixel 2” smartfonu tutub. Mütəxəssislərin fikrincə, “Google Pixel 2” onların sınaqdan keçirdikləri mobil qurğular arasında ən mükəmməl kamera ilə təchiz edilib. Smartfon rekord 98 bal toplamağa nail olub.
Məlumata görə, smartfon kameralarının analizi üçün “DxOMark” mühəndisləri tərəfindən 1500-dən çox test təsviri və 2 saatdan çox videoyazılar qiymətləndirilib. Tədqiqat laboratoriya şəraitində aparılıb.
Ekspertlər qeyd edib ki, “Google Pixel 2” tək əsas kameraya malik olmasına baxmayaraq məşhur liderləri geridə qoyub. Kamera 12 meqapikselli təsvir ölçüsünə və “f/1.8” işıq qüvvəsinə malikdir. Toplanmış balların ümumi sayına görə, “Google Pixel 2” smartfonu “Apple” və “Samsung” şirkətlərinin qabaqcıl modellərini üstələsə də, bəzi parametrlərə (məsələn, Zoom və yan tərəf keyfiyyəti) görə geridə qalıb.
Reytinqdə ikinci yerdə 97 bal toplayan “iPhone X” və “Huawei Mate 10 Pro” smartfonları qərarlaşıb. Üçüncü pillədə hərəyə 94 bal toplayan “Apple iPhone 8 Plus” və “Samsung Galaxy Note 8” yer alıb.
Həmçinin liderlər onluğuna “iPhone 8” (92 bal), “Google Pixel”, “HTC U11” və “Xiaomi Mi Note 3” (hərəyə 90 bal), “iPhone 7 Plus” (88 bal), “iPhone 7” (85 bal), “Sony Xperia XZ Premium” (83 bal), “Samsung Galaxy S6 Edge” (82 bal) və “iPhone 6” (73 bal) smartfon modelləri daxildir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL