Neyroşəbəkə insanı nəfəsinə görə tanıyıb
ABŞ-ın Karnegi-Mellon Universitetinin (Carnegie Mellon University) alimlər qrupu tədqiqat apararaq sözlər arasında nəfəsalmanın qısa fasilələrinin fərdi xüsusiyyətlərindən istifadə etməklə kompüterə insanları tanımağı öyrədiblər. Bu imkan onunla izah olunub ki, nəfəs alınmasına nəzarət etmək çətindir və bu səbəbdən onu saxtalaşdırmaq qeyri-mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, tədqiqat işlərinin aparılması üçün alimlər bir qrup insanları cəlb edərək onların köməyi ilə əksər səsin tanınması sistemlərinə quraşdırılan supervektorial əlamətlərə əsaslanan metodu sınaqdan keçiriblər. Bununla yanaşı, nitqin müvəqqəti fraqmentlərinə görə spektral şəkillər vektor rəsmi formasını alıb. Hazırlıq işlərindən sonra süni intellekt tərəfindən gərginləşmə nahiyələrinin müxtəlif təyinedicilərdən istifadə olunmaqla analizinin aparıldığı supervektor nümunəsinə çevrilməsinin axtarışı aparılıb. Müəyyən mərhələdə alimlər neyroşəbəkəni yalnız nəfəsin tanınması üçün sazlayıblar.
Bildirilir ki, metodun yoxlanılması məqsədilə alimlər tərəfindən 1997-1998-ci illərə aid ingilisdilli xəbər verilişlərinin 100 saatlıq videoyazısı bazası əsasında toplanan mövcud məlumatlardan istifadə olunub. Xəbərlər süni intellekt üçün məşq olub və bu halda yalnız sözlər arasında səslərdən istifadə edilib. Nəticədə kompüter əvvəlki metodla insanın şəxsiyyətini 72-74 faiz səviyyəsində tanıyıb, yeni metodologiya isə bu qabiliyyəti 91 faizədək artırmağa imkan verib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL