Ekranın alt hissəsinə barmaq izi skaneri qurulmuş ilk smartfon təqdim ediləcək
2018-ci ilin əvvəlində təqdim olunacaq aparatda ekranın alt hissəsinə daktiloskopik sensor qurulacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, kompüter komponentlərinin istehsalı ilə məşğul olan “Synaptics” şirkəti elan edib ki, ilk dəfə “Vivo” aparatında ekranın alt hissəsinə daktiloskopik sensor qurulacaq.
“Synaptics”in mühəndisləri, həmçinin “Clear ID” adlı innovativ sensorun işləmə prosesi haqda məlumat veriblər. “Vivo” smartfonunun yan tərəfində yerləşdiriləcək əlavə düyməyə sıxdıqdan sonra ekranın aşağı hissəsində barmaq izi piktoqramı görsənəcək. Smartfonu blokdan çıxarmaq üçün barmağı həmin yerə qoymaq lazımdır. “Synaptics”in məlumatına görə, onların texnologiyası yalnız OLED ekranları dəstəkləyir. “iPhone X” və “Samsung Galaxy Note 8” kimi smartfonlar belə ekranla təchiz ediliblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL