Vahid elektron ödəmə kartları sınaqdan keçirilir
Bakıda sərnişindaşımada xidmət göstərən nəqliyyat vasitələrində gedişhaqqının elektron formada ödənilməsi istiqamətində işlərə başlanılıb.
Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı sınaq yoxlamaları da həyata keçirilib və hər şey uğurlu alınıb.
“Nəqliyyatın intellektual idarə edilməsi sistemi layihəsi işə düşəndən sonra Bakıda sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tam şəkildə tətbiq olunacaq.
Yalnız bundan sonra avtobusların universal “cip” kart vasitəsilə ödənilməsinə keçilməsi mümkündür.
Kart vasitəsilə ödəniləcək məbləğ sərnişinin getdiyi məsafəyə görə tutulacaq: “Gedişhaqqı bizdə hazırda getdiyin kilometrlə müəyyənləşdirilir.
Yeni sistem tətbiq olunduqdan sonra avtobusda xüsusi elektron naviqasiya sistemi vasitəsilə bu müəyyənləşdiriləcək. Sərnişin avtobusdan düşərkən getdiyi məsafənin gedişhaqqı onun kartından tutulacaq”.
Xatırladaq ki, bu sistemin tətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub. Həmin şirkət bu il sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL