waplog

Bu ilin ən populyar qurğuları məlum olub


“Google” şirkəti axtarış sistemi istifadəçilərinin 2017-ci ildə ən populyar sorğularını dərc etməkdə davam edir. Növbəti ilk beşillikdə dünyanın 5 ən populyar qurğusu yer alıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, birinci yeri “Apple” şirkətinin yeni “iPhone 8” qurğusu tutub. Əvvəlki qabaqcıl “iPhone 7” modelini əvəzləyən smartfon dünyada ən çox satılan qurğu olub.   
 
Reytinqdə ikinci pillədə daha bir “Apple” qurğusu qərarlaşıb. “iPhone X” dünyada diqqəti təkcə funksiya, innovasiya və onu əldə etmək istəyənlərin sayına görə deyil, eyni zamanda istismar müddətində aşkarlanan boşluq və səhvlərə görə cəlb edib.
 
Üçüncü mövqedə “Nintendo Switch” hibrid oyun qurğusu yer alıb. İstifadə zamanı əsas blok birləşdirici stansiyaya yerləşdirilərək televizora qoşulur. Oyunu, həmçinin planşetdə olduğu kimi - blokdan avtonom oynamaq olar.
 
Populyarlığına görə dördüncü yeri “Apple” şirkətinin əsas rəqibi “Samsung S8” smartfonu tutub. İlin əvvəlində “Samsung S7” və onun “Edge” versiyasının uğursuzluğundan sonra buraxılan yeni qurğu dərhal başa çatmaqda olan ilin ən populyar smartfonlarından birinə çevrilib.
 
Beşinci yerdə “Xbox One X” oyun konsolu qərarlaşıb.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL