waplog

Smartfonlar xərçəng və sonsuzluq xəstəliyi yarada bilər


Smartfonlardan istifadə və xəstəliklər arasında dəqiq əlaqə aşkar edilməsə də, alimlər cihazlardan gələn potensial risk barədə düşünməyi təklif ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, smartfon və başqa cihazlardan çıxan elektromaqnit şüaları xərçəng və sonsuzluq riskini artıra bilər. Kaliforniyanın Səhiyyə Departamentində işləyən alimlər bu qənaətə gəliblər.
 
Cihazlar və xəstəliklər arasında dəqiq əlaqə aşkar edilməyib, ancaq alimlər bildiriblər ki, toplanmış məlumatlar narahatçılığa əsas verir.
 
Alimlər mümkün neqativ nəticələri minimuma endirmək üçün smartfonlardan istifadə edilmədikdə onları insan bədənindən bir və ya bir neçə metr məsafədə saxlamağı tövsiyə edirlər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL