waplog

“Tango” əlavə reallıq layihəsinin fəaliyyəti dayandırılacaq


“Google” şirkəti 1 mart 2018-ci ildən “Tango” əlavə reallıq layihəsinin dəstəklənməsini dayandıracağını açıqlayıb. Bu barədə məlumat layihənin “Twitter” şəbəkəsindəki mikrobloqunda dərc edilib.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, şirkət diqqəti bu il təqdim edilən “ARCore” platformasının inkişafına yönəltmək niyyətindədir. Yeni platforma “Tango” kimi mobil qurğularda əlavə reallıq əlavələrini işə salmağa imkan verir, lakin 2014-cü il layihəsindən fərqli olaraq söhbət geniş spektrli smartfonların dəstəklənməsindən gedir (indiyədək Tango platformasını yalnız iki qurğu - Lenovo Phab 2 Pro və Asus Zenfone AR dəstəkləyib).   

Məlumata görə, “ARCore” platformasının “Tango” qarşısında üstünlüyü ondan ibarətdir ki, yeni platforma smartfonun əlavə sensorlarla təchiz edilməsini tələb etmir. Hazırda onun imkanlarını “Google Pixel 2” və “Samsung Galaxy S8” qurğu istifadəçiləri qiymətləndirə bilsələr də, yaxın gələcəkdə dəstəklənən smartfonlar siyahısının artırılacağı gözlənilir. Qurğunun əsas kamerası vasitəsilə “ARCore” əhatə dairəsində obyektləri izləyərək təhlil edir və ətrafla təmas yarada biləcək virtual obyektləri real dünyada yerləşdirməyə imkan verir.

“Google” mütəxəssisləri ümid edir ki, sınaq dövrü başa çatanadək “ARCore” platformasından 100 milyon qurğu istifadə edəcək. Sınaq dövrünün müddəti barədə məlumat verilmir.

Xatırladaq ki, bu ilin iyununda “WWDC 2017” konfransında “Apple” şirkətinin əlavə reallıq platforması nümayiş olunub.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL