“Huawei” şirkəti ikiqat əsas kameraya malik yeni qurğusunu təqdim edib
“Huawei” şirkəti ikiqat əsas kamera və yüksək dəqiqlikli ekranla təchiz edilmiş “Enjoy 7S” aparatını təqdim edib.
Qurğu 2,36 QHs-dək takt tezlikli səkkiznüvəli “Kirin 659” prosessoru və daxili “Mali-T830 MP2” qrafik sürətləndiricisi ilə təchiz edilib. Aparat “Android 8.0 Oreo” platformasının idarəetməsi altında işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni smartfon 2 təsvir sensoruna malik (13 və 2 piksel) əsas kamera və 8 meqapiksellik ön kamera, “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1 LE” və “GPS” simsiz kommunikasiya vasitələri ilə təchiz edilib.
5,65 düymlük ekran 2160x1080 piksel təsvir ölçüsü və 18:9 tərəflər nisbətinə malikdir. Əməli və daxili yaddaşın maksimum tutumu müvafiq olaraq 4 və 64 QB təşkil edir. Həmçinin “microSD” çıxarılıb taxılan daşıyıcıları üçün slot var.
Aparat 3000 milliamper/saat tutumlu akkumulyator batareyası ilə enerji toplayır. Avtonom iş vaxtı məlum deyil. SİM kartlar üçün iki slot nəzərdə tutulub. Barmaq izləri skaneri quraşdırılıb. 7,45 mm qalınlığında olan telefon metal korpusa salınıb.
“Huawei Enjoy 7S” smartfonu qızılı, qara, çəhrayı və göy rəngli korpuslarda 230 dollardan satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL