waplog

“Chrome” brauzerinin beta versiyası avtomatik işə düşən videoları blok etməyə başlayıb


“Google” şirkəti “Chrome” brauzerinin avtomatik işə düşən video, üzə çıxan pəncərə və digər arzuolunmaz məzmunu blok edən funksiyaya malik növbəti beta versiyasını təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Chrome 64” brauzerinin sabit versiyası gələn ilin yanvarında təqdim ediləcək. Hazırda media məzmunu bloklamaq üçün “Disable HTML5 Autoplay” kimi plaqinlərdən istifadə etmək lazım gəlir.

Bundan əvvəl “Google” şirkətindən bildirmişdilər ki, avtomatik işə düşmə internetdə məzmunun istifadəsini sürətləndirir və asanlaşdırır. Bununla belə proqramçılar etiraf edirlər ki, gözlənilmədən yüksək səsli videonun avtomatik işə düşməsi istifadəçiləri narahat edən problemlərdən biri idi, çünki o, məlumatlardan istifadə edə, enerji sərf edə və sörfinq zamanı arzuedilməz səs-küy yarada bilər". “Chrome” brauzerinin həm masaüstü, həm də mobil versiyasında səsi blok etmək əlçatan olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL