waplog

Üçölçülü çapın geniş yayılacağı proqnozlaşdırılır


“Gartner” analitik şirkəti üçölçülü çap bazarının inkişafı üzrə proqnoz tərtib edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin qənaətinə görə, texnologiya tibbi ləvazimat, təyyarə, istehlak malları və digər məhsul istehsalçıları tərəfindən geniş istifadə olunmaqda davam edəcək.

Şirkətin proqnozuna görə, 2021-ci ilədək kommersiya təyyarələrinin 75 faizində “3D” printerdə çap edilən materiallar tətbiq olunacaq. Bundan başqa, həmin vaxtadək şirkətlərin təxminən 20 faizi “3D” çap sahəsində yeni həllərin hazırlanması üçün daxili startaplar formalaşdıracaq. Belə layihələr sayəsində “Airbus”, “BASF” və “General Electric” kimi iri şirkətlər müstəqil perspektivli tərtibatçılar kimi innovasiyaları inkişaf etdirə biləcəklər.

“3D” çap bazarında təşəbbüslərin irəli sürülməsinin daha bir üsulu kimi analitiklər tərəfindən texnologiyaların biznes prosesləri ilə inteqrasiyası və tərəfdaşların öyrədilməsi məsələləri ilə məşğul olan “3D” çap təcrübə mərkəzlərinin yaradılması qeyd olunur. Belə mərkəzlərə “Boeing”, “Johnson & Johnson”, “Rolls Royce” və “Siemens” şirkətləri malikdir. Dörd ildən sonra istehsal şirkətlərinin 40 faizinin “3D” çap təcrübə mərkəzlərinə malik olacağı gözlənilir.  

Proqnoza görə, 2021-ci ilədək cərrahların 25 faizi “3D” printerdə çap edilən anatomik modellərdən istifadə edəcək və hər beş istehlak malları istehsalçısı şirkətindən biri məhsulları həcmli çap metodu ilə yaratmağa başlayacaq.

“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə dünyada “3D” printerlərin, onların materialları, proqram təminatı və müvafiq servislərinin alışı üçün xərclər təxminən 13,2 milyard dollar təşkil edib. Sonrakı illərdə nəzərdən keçirilən bazarın həcmi orta hesabla 22,3 faiz artaraq 2020-ci ildə mədaxili 28,9 milyard dollar təşkil edəcək.

Üçölçülü çapın tətbiqinin daha gəlirli sahələr kimi mütəxəssislər tərəfindən avtomobil sənayesi üçün prototiplərin layihələndirilməsi və yaradılması, eləcə də aviakosmik və müdafiə sahəsi üçün detalların düzəldilməsi göstərilir. Qiymətləndirməyə görə, birinci istiqamətin illik mədaxili 3,9 milyard dollar, ikinci istiqamətin 2,4 milyard dollar təşkil edib. Daha bir perspektivli istiqamət “3D” çap vasitəsilə alət və komponentlərin düzəldilməsi olacaq.

Üçölçülü çap üçün iri avadanlıq tədarükçüsü qismində Çinin başlanğıc səviyyəli “3D” printerlərdə ixtisaslaşan “Flashforge”, “XYZ Printing” və “Tiertime” kimi istehsalçıları qeyd edilir. Onlar birgə səylər nəticəsində ümumi tədarük həcminin 30 faizini təmin etsələr də, mədaxil payı 5 faizə yaxın olub.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL