waplog

Kompüter oyunlarından asılılıq rəsmən psixi pozğunluq kimi təsdiq ediləcək


Xəstəliklərin Beynəlxalq Təsnifatı (International Classification of Diseases, ICD) xəstəliklər və ölüm halları barədə məlumatlar toplamağa imkan verən dünya standart metodikasıdır. Standartlaşdırma müxtəlif ölkələrin tibb sahəsi işçilərinə daha effektiv informasiya mübadiləsi etməyə imkan verir ki, bu da son nəticədə müxtəlif xəstəliklərlə mübarizədə daha səmərəli üsulların müəyyənləşdirilməsinə şərait yaradır. Hazırda 1990-cı ildə yaradılan Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu yenidən işlənmiş variantından (XBT - 10) istifadə olunur və onun Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv dövlətlərdə 1994-cü ildən tətbiqinə başlanılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, o vaxtdan elmin bir sıra xəstəliklərə münasibəti dəyişib. 2012-ci ildən ÜST ekspertləri klassifikatorun tibb sahəsində müasir nailiyyətləri daha yaxşı əks etdirməsi üçün nəzərdən keçirirlər və hazırda ekspertlər tərəfindən yeni Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT – 11) oyun xəstəliyi daxil ediləcək. Oyun xəstəliyinin sağlamlıq üçün nəzarət altında olmanı tələb edən ciddi təhlükə kimi hesab ediləcəyi qeyd olunur.  
 
Mütəxəssislər etiraf edir ki, kompüter oyunları oynayan əksər insanlar xəstəlikdən əziyyət çəkmir. Ümumdünya Səhiyyə Təşkilatının eksperti Vladimir Poznyak bunu alkoqolun təsiri ilə müqayisə edir: alkoqollu içkilər qəbul edən əksər insanlar da alkoqolizmdən əziyyət çəkmir. Lakin mütəxəssisin fikrincə, müəyyən hallarda videooyunlara həddən artıq aludəçilik ümumilikdə arzuolunmaz nəticələrə səbəb ola bilər. Bununla yanaşı, təşkilat nümayəndələri “oyun xəstəlikləri” kateqoriyasına təkcə bilavasitə kompüter oyunlarından asılılığın daxil edilməyəcəyini qeyd etsələr də, bu barədə ətraflı məlumat vermirlər.
 
Məlumata görə, bu yaxınlarda geniş tədqiqat aparan digər alimlər qərara gəlib ki, kompüter oyunları real asılılıq yaratmır. Məlum olub ki, oyun həvəskarının həyatı videooyunlar oynamayan insanların həyatından çox fərqlənmir. Oyun həvəskarının yalnız 1 faizi kompüter oyunlarının onları dostlara laqeyd münasibət göstərməyə məcbur etməsini, 0,3 faizi isə bu həvəsin həyatda real çətinliklər yaratmasını bildirib.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL