Regionlarda “e-imza”nın verilməsinə başlanılıb
Azərbaycan Respublikası vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına elektron imza sertifikatlarını vermək üçün Məlumat Hesablama Mərkəzi “Azərpoçt” MMC ilə birlikdə Bakının ardınca regionlarda Poçt Filiallarının Müştəri xidmətləri şöbəsində Qeydiyyat mərkəzlərinin yaradılmasına başlayıb.
RİTN-in poçt sektorunun müdiri Novruz Məmmədovun verdiyi məlumata görə, artıq cənub bölgəsində lazımi avadanlıqlar quraşdırılaraq, bu avadanlıqların infrastruktura uyğun olaraq sazlanması və proqram təminatının yüklənməsi işləri həyata keçirilib.
N.Məmmədov bildirib ki, vətəndaşlara yüksək səviyyədə və operativ olaraq xidmət işini yerinə yetirmək məqsədi ilə MHM tərəfindən “Azərpoçt” MMC-nin mütəxəssislərinə davamlı olaraq treninqlər keçirilir.
“Treninqdə iştirak edən iştirakçılara təlim materialları (videomaterial) və tədris vəsaitləri (QM operatorları üçün hazırlanmış təlimatlar, vətəndaşlardan tələb olunan və onlara verilən sənədlərin nümunələri və s. ) təqdim edilir. Filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq”.
N.Məmmədov əlavə edib ki, qeydiyyat mərkəzlərinə müraciət edən hər bir vətəndaş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda qanunvericiliyə müvafiq digər sənədləri (hüquqi və fiziki şəxs, həmçinin sahibkarlar üçün nəzərdə tutulmuş etibarnamə, elektron imza sertifikatının alınmasına müraciət olunan işçilərin siyahısı, təşkilatın nizamnaməsi, dövlət qeydiyyatından keçməsi haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış, vergi ödəyicisinin qeydiyyatı haqqında bildiriş və digər qeydiyyat sənədlərini) təqdim edir.
Sənədlər Qeydiyyat Mərkəzi operatorları tərəfindən diqqətlə yoxlanıldıqdan və xidmət haqqı vətəndaş tərəfindən ödənildikdən sonra hər bir vətəndaşın adına ərizə formalaşdırılır və “e-imza” təqdim edilir.
Onu da bildirək ki, bütün filiallarda bu işləri 1 dekabradək başa çatdıracağıq. Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının “e-imza”dan istifadəsini asanlaşdırmaq məqsədilə “www.e-imza.az” saytı da istifadəçilərin ixtiyarına verilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL