Bu ilin ən populyar parolları bəlli olub
2017-ci ildə müxtəlif qurğu və sosial şəbəkələrdə istifadə olunan 25 ən populyar parolun reytinqi dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən istifadəçilərə siyahıya daxil olan parolların harada istifadə olunmasından asılı olmayaraq daha təhlükəsiz parollarla əvəz edilməsi tövsiyə olunur. Bu barədə informasiyanı “SplashData” şirkəti toplayıb.
Məlumata görə, tövsiyələr həm müxtəlif sosial şəbəkələrdə, həm də mobil qurğularda fərdi hesablara malik istifadəçilər üçün nəzərdə tutulub.
Reytinqdə birinci yeri “123456”, ikincini “Password”, üçüncünü “12345678” parolu tutub.
Qeyd edək ki, reytinqdə bir-birinin ardınca gələn rəqəmlərdən ibarət çoxlu parollar yer alıb. Bununla belə, “Starwars” və ya “Football” kimi parollara da rast gəlmək mümkündür.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL