“Nokia” şirkəti populyar “E71” telefonunu yenidən çıxaracaq
2018-ci ildə “HMD Global” şirkəti öz dövründə dünyada “QWERTY” düzülüşlü klaviaturaya malik ən populyar telefonlardan sayılan “Nokia E71” smartfonunu yenidən çıxaracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, qurğunun yeni versiyası “QWERTY” düzülüşlü klaviatura və 480p təsvir ölçülü 3,5 düymlük ekranla təchiz ediləcək. Smartfon “4G” dəstəkli “Qualcomm Snapdragon 205” prosessoru ilə işləyəcək. Yenilənmiş “E71” smartfonu, həmçinin 1 QB əməli yaddaş və yaddaş kartını dəstəkləyən 8 QB-lıq daşıyıcı ilə təchiz ediləcək.
Smartfonun yeganə kamerası 3 meqapiksellik təsvir ölçüsünə malikdir. 1 və ya 2 SİM kartlı versiya əlçatan olacaq. Şayiələrə görə, qurğunun qiyməti 150-300 dollar arasında olacaq.
Orijinal “Nokia E71” smartfonu 2008-ci ildə çıxarılıb. Bu smartfon “QWERTY” düzülüşlü klaviaturaya malik ən yaxşı smartfonlardan biri hesab edilir. Buraxılış ili “E71” smartfonu 15 milyon nüsxə satılıb. 2017-ci ildə “Nokia” brendi üzərində hüquqlara sahib “HMD Global” şirkəti “Nokia 3310” qurğusunu yenidən çıxarıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL