“Qualcomm Snapdragon 670” prosessorunun sınağı keçirilir
“Qualcomm” şirkəti yeni “Snapdragon 670” mobil çipini sınaqdan keçirir.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, insayder Roland Kaundun məlumatına görə, şirkət çipi 4 və ya 6 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də 22,6 və 13 meqapikselli kameralarla təchiz edilən smartfonun üzərində aparır. Qurğunun modeli barədə məlumat verilmir.
Əvvəlki “Snapdragon 660” versiyasının sınaqları 3 giqabayt operativ və 64 giqabayt quraşdırılmış yaddaşa, eləcə də 13 meqapikselli əsas kameraya malik “Xiaomi Mi5S” smartfonunun üzərində aparılıb.
Daha güclü texniki xüsusiyyətlərə malik smartfonların dəstəklənməsi üçün hazırlanan növbəti nəsil model “LPDDR4X” formatlı 4 və ya 6 giqabaytlıq operativ yaddaş və “eMMC 5.1” formatlı 64 giqabayt tutumlu quraşdırılmış yaddaş, maksimal təsvir ölçüsü 2560×1440 pikselə bərabər ekran, müvafiq olaraq 22,6 və 13 meqapikselli əsas və ön kamera modulları ilə təchiz ediləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL