Elmi araşdırmalar üçün superkompüter hazırlanır
Çinin kompüter texnikası istehsalçısı "Lenovo" şirkəti və ABŞ-ın prosessor istehsalçısı "Intel" şirkəti Leybnis Superkompüter Mərkəzi üçün yeni nəsil hesablama kompleksinin yaradılması üzrə birgə işə başlayıblar.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2018-ci ilin sonuna təhvil verilməsi planlaşdırılan "SuperMUC-NG" adlı yeni superkompüter Leybnis Superkompüter Mərkəzini astrofizika, hidrodinamika, biologiya, tibb və başqa bu kimi elm sahələrində aparılan tədqiqatlar zamanı dəstəkləyəcək. Sistem əlçatan, təhlükəsiz və enerji cəhətdən səmərəli məhsuldar xidmət göstərilməsini təmin edəcək.
"SuperMUC-NG" adlı superkompüter 26,7 petaflops hesablama gücünə malik olacaq.
Güclü kompüter Leybnis Superkompüter Mərkəzinin alimlərinə böyük həcmli məlumatları virtuallaşdırmağa, emal etməyə və nəticəni kolleqalarla ani paylaşmağa imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL