waplog

“Oppo A83” smartfonu rəsmən təqdim edilib


“Oppo A83” smartfonu rəsmən təqdim edilib.

Qurğu 1440x720 piksel təsvir ölçülü 5,7 düymlük ekran, 18:9 tərəflər nisbəti və nazik çərçivəli yan tərəflər, 2,5 QHs takt tezlikli səkkiznüvəli prosessor, həmçinin 4 QB-lıq əməli və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ”həmçinin “microSD” çıxarılıb taxılan daşıyıcıları üçün slot, “4G VoLTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.2”, “GPS” və “QLONASS” simsiz rabitə modulları, iki kamera (13 və 8 meqapiksellik) və 3180 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.

Ön kameranın köməyi ilə sifətin skan edilməsi yolu ilə telefonu blokdan çıxartmaq mümkündür. Məlumata görə, sistem sifətdəki 128 nöqtəni 0,18 saniyə ərzində skan edir.

Qurğunun ölçüləri 150,5x73,1x7,7 mm, çəkisi 143 qram təşkil edir. Smartfon “Android 7.1 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Smartfonun Çində satış qiyməti təxminən 212 dollardır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL