“Microsoft” “Windows Phone”-un reklamı üçün 28 milyon funt ayıracaq
Britaniyanın kütləvi informasiya vasitələri bildirib ki, “Microsoft” korporasiyası “Windows Phone 7.5 Mango” əməliyyat sistemi əsasında işləyən “Nokia” və “Samsung” şirkətləri qurğularının reklamına 28 milyon funt ayırıb.
Mənbələr iddia edib ki, “Nokia” şirkəti “Microsoft”dan Britaniya bazarında reklam üçün 20 milyon funt dəyərində dəstək alacaq, yerdə qalan 8 milyonu isə Koreya istehsalçısı alacaq.
Həmçinin, korporasiyadan bildiriblər ki, “Nokia” öz reklam çarxlarında, çoxsaylı reklam və riteyler kanallarında “Windows Phone” əməliyyat sistemini reklam etməyə razılaşıb.
“Samsung” şirkətinə gəlincə isə bu şirkət “Omnia W” smartfonunun irəliləyişinə görə pul alacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL