waplog

“Phone Arena” nəşri 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib


“Phone Arena” nəşri oxucuların sorğusu əsasında 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy Note 8” 2017-ci ilin ən yaxşı smartfonu elan edilib. 868 istifadəçi (sorğu iştirakçılarının 20,5%-i) bu telefona səs verib.

656 səs toplamış “iPhone X” smartfonu ikinci yeri tutub.

378 istifadəçi səsi toplamış “LG V30” aparatı üçüncü yerə layiq görülüb. “Samsung Galaxy S8” və “OnePlus 5T” smartfonları 20 səs az toplayıblar.

“Google Pixel 2 XL”, “Samsung Galaxy S8+”, “Sony Xperia XZ Premium” və “Huawei Mate 10 Pro”smartfonları reytinqdə aşağı yerləri tutublar.

Səsvermədə 4241 istifadəçi iştirak edib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL