waplog

Yeni nəsil “3D” eynəyi təqdim edilib


“nVidia” şirkəti “3D” məzmunla işləməyə icazə verən “3D Vision” texnologiya dəstəkli kompyuterlər üçün aksessuar çeşidini genişləndirib.

Şirkət “LightBoost” sistemini təqdim edib. Sistem mövcud həllərlə müqayisədə “3D” təsvirin 2 dəfə daha yüksək parlaqlığını və təkmilləşdirilmiş rəngverilişini təmin edir.

“LightBoost” sertifikatını almış ilk monitor “ASUS” istehsalının “VG278H” modeli olub. Bu panel 27 düym diaqonala və 1920×1080 piksel (Full HD formatı) kəskinliyə malikdir. “HDMİ 1.4” və “Dual-link DVİ” interfeysləri var.

Bundan başqa, “nVidia” stereoskopik təsvirə baxmaq üçün “3D Vision 2” eynəyini təqdim edib. Onlar linzalara malikdirlər, bu, görünüş bucağını genişləndirir. Sistemin işi üçün infra-qırmızı ötürücü aparat və ixtisaslaşdırılmış proqram təminatı lazımdır.

“VG278H” monitorunun dəyəri təxminən 700 dollar təşkil edəcək; satışlar oktyabr ayının sonunda başlanacaq. İK (infra-qırmızı) ötürücü aparatla birlikdə “3D Vision 2” eynəyinin qiyməti 150 dollara başa gələcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL