Pilotsuz uçan aparatlardan çatdırılma üçün mövcud texniki və qanunvericilik problemlərini aradan qaldıraraq istifadənin tələb olunmasına görə yerüstü avtonom robot modelləri əksər hallarda dronları əvəzləyərək şəhər daxilində tez çatdırılmanı təmin edə bilər. Oxşar son robotlardan biri İtaliyanın “e-novia” şirkəti tərəfindən hazırlanan “YAPE” robotudur.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “YAPE” robotu şəhər küçələrində avtonom hərəkət üçün “GPS”, videokamera və lazer məsafəölçənlərdən istifadə edir. Ötürücülər ona çuxur və piyadalar kimi maneələri dəf etməyə kömək edir. Bundan başqa, robot şəhərdə quraşdırılan ötürücülərlə əlaqə yaradaraq onlar vasitəsilə işıqforun vəziyyətini və nəqliyyatın hərəkətini “görür”.
Məlumata görə, istifadəçilər robotu mobil əlavə vasitəsilə sifariş edə bilərlər. Şəhər üzrə bölüşdürülən çoxsaylı robotlardan biri sifarişçiyə yetişərək onunla işə başlayacaq. “YAPE” robotunun daxilinə qapağı bağlı bölməyə 70 kiloqramadək yük yükləmək mümkündür. Yükləmədən sonra istifadəçi əlavə vasitəsilə təyinat ünvanını qeyd edir və bundan sonra “YAPE” hərəkətə keçir. Hərəkət üçün robot bir dəfə enerji ilə doldurulan batareya vasitəsilə 80 km məsafəni qət etməyə imkan verən elektrik mühərriklərindən istifadə edir. Robot hərəkət zamanı əsasən səki və velosiped yollarına üstünlük verir və onlar üzərində müvafiq olaraq saatda 6 və ya 20 km sürətlə hərəkət edir.
Bildirilir ki, robot təyinat məntəqəsinə çatan zaman onun yük bölməsi “YAPE” çatdırılma sistemində qeydiyyatdan keçən adı göstərilmiş alıcı üçün açılacaq. Açılma prosesi sifətin tanınması texnologiyası vasitəsilə həyata keçirilir.
Yol sınaqlarının ilk mərhələsi dekabrın əvvəlində İtaliyanın Kremon şəhərində başa çatıb. “YAPE” robotunun yanvarda Las-Veqasda keçiriləcək “CES” sərgisində nümayişi nəzərdə tutulur.