“Galaxy Note 8” smartfonunda akkumulyatorla əlaqədar kütləvi problem aşkar edilib
Qabaqcıl “Galaxy Note 8” smartfonunun istifadəçiləri qurğuda akkumulyatorla bağlı problem aşkar ediblər. Məlum olub ki, bəzi istifadəçilərdə cihazın şarjı 0%-ə düşdükdə daha enerji toplamır.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Galaxy Note 8” qurğusunun sahibləri bu problem haqda forumlarda məlumat veriblər. Onların sözlərinə görə, smartfonun batareyası 0% olduqda aparat daha enerji toplamır. Qurğu enerji yükləmə kabelinin qoşulmasına reaksiya vermir və işə düşmür. Cənubi Koreya şirkətinin istehsalı olan smartfonun sahibləri müxtəlif enerji yükləmə qurğularından istifadə etsələr də, heç nə kömək etməyib.
“Samsung” artıq problemdən xəbərdardır, amma hələ ki istifadəçilərin şikayətinə reaksiya verməyib. Həmçinin sözügedən problemin kütləvi hal olub-olmaması məlum deyil.
Xatırladaq ki, “Note” istehsal xəttinin əvvəlki modeli ilə bağlı, həmçinin problem yaşanmışdı. O vaxt “Galaxy Note 7”-nin sahibləri öz-özünə alışan batareya haqda məlumat vermişdilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL