5 TB tutumlu vinçester istehsal ediləcək
“Seagate” şirkəti bu yaxınlarda 4 TB tutuma malik ilk xarici vinçester təqdim edib": “GoFlex Desk” daşıyıcısının qiyməti təxminən 250 dollardır.
İndi isə şirkətin tezliklə 5 TB tutumlu sərt disk təqdim edə biləcəyi deyilir. Disk hər biri 1 TB olan 5 maqnit lövhəsinə malik olacaq. Əvvəlcə qurğu xarici daşıyıcı şəklində təklif ediləcək.
Ehtimal edilir ki, yenilik yanvar ayının 10-dan 13-dək Las-Veqasda (Nevada, ABŞ) keçəcək “CES 2012” sərgisində təqdim ediləcək.
“Seagate”, həmçinin 4 TB tutumlu daxili sərt disk də hazırlayır. Sərt disk 3.5 düym form-faktorda hazırlanacaq və 5 maqnit lövhəsindən ibarət olacaq. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq, buferin tutumu isə ehtimallara görə, 64 MB olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL